AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev “Siqnalların Emalı və Süni İntellekt Sahəsində Nailiyyətlər” mövzusunda II beynəlxalq konfransın (Second International Conference on Advances in Signal Processing and Artificial Intelligence – ASPAI 2020) beynəlxalq proqram komitəsinin üzvü seçilib.
1-3 aprel 2020-ci il tarixlərində Almaniyanın paytaxtı Berlin şəhərində keçiriləcək konfransın əsas istiqamətlərinə süni intellekt alqoritmləri, intellektual sistem arkitekturaları, hibrid intellektual sistemlər, ekspert sistemlər, süni neyron şəbəkələri, qeyri-səlis məntiq və sistemləri, kompüter görməsi və nitqin tanınması, Soft Computing nəzəriyyəsi və tətbiqləri, virtual və əlavə reallıq, maşın təlimi və dərin təlim, eləcə də siqnalların emalının nəzəriyyə və metodları, rəqəmsal siqnal emalı, biotibbi, peyk və statistika siqnallarının emalı, xaotik və fraktal sistemlər, spektral analiz və s. daxildir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.