Britaniyanın “Infinite Media Dynamics” startapı dünyanın istənilən nöqtəsində fəlakət siqnalı verə biləcək xilasedici qadcet hazırlayıb. Onu işə salmaq üçün bir düyməni basmaq kifayətdir. “Hero” adlı qurğu müxtəlif ölkələrin hökumətləri tərəfindən maliyyələşdirilən və istifadəçilər üçün tamamilə ödənişsiz olan “Cospas Sarsat” beynəlxalq sisteminə qoşulub.
Bu o deməkdir ki, qadcet GPS, İnternet və ya mobil rabitə olmadan işləyir. Koordinasiya mərkəzi ən yaxın xilasetmə qrupu ilə əlaqə saxlayana və onu istifadəçiyə yönəldənə qədər müəyyən vaxt tələb olunacaq. Bundan başqa, mərkəzin mütəxəssisləri öncədən tərtib edilmiş siyahıda adı qeyd olunan zərər çəkmişin yaxınlarını xəbərdar edəcəklər.
Əgər istifadəçi hərəkətsizdirsə, “Hero”nun sensorları uzun müddət suda qalma, güclü zərbəni qeydə alarsa, qurğu özü işə düşəcək. Yanlış həyəcan siqnallarının qarşısını almaq üçün qadcet istifadəçini xəbərdar edəcək və siqnalın ləğv edilməsi üçün ona 49 saniyə verəcək. Bunu smartfon vasitəsilə 100 metrədək məsafədən də etmək mümkündür. “Hero” zərər çəkmiş sahibinin axtarışına kömək üçün stroboskop və zummerlə təchiz edilib.
techcult.ru saytının məlumatına görə, qurğu germetikdir və 65 metrədək dərinlikdə sukeçirməzdir, 55-70 dərəcə Selsi temperaturda işləyir. Bir dəfə enerji ilə doldurulduqdan sonra onu işə saldıqda 24 saat işləyəcək. Duzqabı ölçüsündə olan mayakın çəkisi 65 qram təşkil edir və onun qiyməti hazırda 190 dollardır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.