Milli komandamız “TEKNOFEST2019” Texnologiya Festivalında iştirak edir

19 Sentyabr 2019 - 14:32 | Mühüm hadisələr
Milli komandamız “TEKNOFEST2019” Texnologiya Festivalında iştirak edir

“TEKNOFEST2019” – İstanbul Hava, Kosmos və Texnologiya Festivalında ölkəmizi bu ilin əvvəlində keçirilən “Mən Pilotam” tədris layihəsi və Dünya Dron Olimpiadasının qalibi olan məktəblilərdən ibarət Milli komandamız təmsil edir.

Xatırladaq ki, “Mən Pilotam” tədris layihəsi və Dünya Dron Olimpiadasının Azərbaycan finalı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyininİnnovasiyalar Agentliyinin dəstəyi, Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA)  təşkilatçılığı ilə baş tutub.

5 gün davam edəcək Festival İstanbulun Atatürk Hava Limanında keçirilir.

 “TEKNOFEST2019”u ümumilikdə 1 milyon insanın ziyarət edəcəyi gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.