Gizli funksiyaya malik üzük təqdim olunub

18 Sentyabr 2019 - 15:09 | Texnoloji yeniliklər
Gizli funksiyaya malik üzük təqdim olunub

“RAYY” markasının almazlarla bəzədilmiş üzüklərdən ibarət sentyabr kolleksiyası Lozanna Federal Politexnik Məktəbinin fiziklərinin iştirakı ilə hazırlanıb. Onlar metalın işıq şüalarını müəyyən edilmiş sıra ilə əks etdirməli olan xüsusi strukturlaşdırılmış səthinin yaradılması üzərində çalışıblar.

Üzüklər hazırlanarkən əsas olaraq, zərgərlik işi üçün ənənəvi 18 karatlıq ağ, çəhrayı və sarı qızıl götürülüb. Süni almazlar günəş panellərindən əldə olunan enerjinin köməyilə yaradılıb.

techcult.ru saytının məlumatına görə, bu zinət əşyalarının əsas xüsusiyyəti ondan ibarətdir ki, onlardan əks olunan işıq aydın şəkildə görünən yazını formalaşdırır. O, yaxınlıqdakı səthin üzərinə proyeksiya edilir. Burada bütün hədlər və hərflər arasındakı məsafələr çox dəqiq və bərabərdir. Bunun sayəsində elə görünür ki, sanki söz işıqla yazılıb.

Hər bir üzük müştərinin istəyinə uyğun olaraq yaradılmış unikal yazını daşıyır. Onu yalnız işıqlandırma mənbəyi olduğu halda görmək mümkündür. Bu, hətta adi fənər də ola bilər, lakin əsl günəş işığı daha yaxşıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.