ABŞ-ın İllinois ştatının Çikaqo şəhərində yerləşən İllinois Universitetinin mühəndisləri motorlu neyronlar, süni əzələ və işıqla hərəkətə gətirilən miniatür hibrid biorobotunu hazırlayıblar.
Robot süni əzələ toxuması və işığa həssas motorlu neyronların artırıldığı yumşaq karkasdan ibarətdir. İşığın təsiri altında neyronlar əzələlərə siqnal verərək robotu irəliyə doğru hərəkət etməyə məcbur edir.
hightech.fm saytının məlumatına əsasən, cihaz tamamilə avtonomdur və xarici enerji mənbələrindən asılı deyil.
Yeni robot yalnız əzələlərin yığılmasına səbəb olan neyron impulsların sayəsində hərəkət edir. Onları biomühəndislik və tibb texnologiyalarında tətbiq etmək mümkün olacaq.
Qeyd edək ki, daha əvvəl Londonun İmperiya kollecinin mühəndisləri kiçik nasosun köməyi ilə uçan balıq kimi hərəkət etməyi bacaran robot hazırlayıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.