“Google” istifadəçilərini şübhəli tibbi informasiyadan mühafizə edəcək

17 Sentyabr 2019 - 15:03 | Maraqlı məlumatlar
“Google” istifadəçilərini şübhəli tibbi informasiyadan mühafizə edəcək

Növbəti aydan etibarən nəhəng axtarış şəbəkəsi “Google” səhiyyə, o cümlədən müalicə metodları sahəsi ilə əlaqədar xidmətlərin reklam edilməsində yeni siyasətdən istifadə edəcək. Belə ki, şəbəkədə elmi bazası olmayan eksperimental və qeydiyyatdan keçirilməmiş dərman preparatlarının reklamlarının yerləşdirilməsinə dair qadağa qüvvəyə minəcək.

“Google” nümayəndələri bildirirlər ki, yeni qayda insanları effektivliyi və təhlükəsizliyi hələ sübut edilməmiş müalicə metodlarından istifadədən qorumaq üçün nəzərdə tutulub. Çünki bu kimi müalicə metodları sağlamlığa ziyan vura bilər.

meddaily.ru saytının məlumatına görə, qadağa tamamlanmamış elmi işlərə, kök hüceyrə və genetik terapiyaya əsaslanan, elmi sübutu olmayan müalicə metodlarının reklamına da aid ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.