Yumşaq robotlar üçün elastik elektrik nasosu hazırlanıb

17 Sentyabr 2019 - 11:24 | Maraqlı məlumatlar
Yumşaq robotlar üçün elastik elektrik nasosu hazırlanıb

Lozannanın Federal Politexnik Məktəbindən olan Herbert Şinin rəhbərliyi altında yapon və İsveçrəli mühəndislər qrupu sərt komponentlərdən istifadə etməyən yumşaq robotlar üçün nasos hazırlayıblar.

Hazırda demək olar ki, bütün robotlar sərt komponentlərdən hazırlanır. Bu halda mühəndislərin robot texnikası sahəsində robotların hazırlandığı materiallar üçün mümkün alternativlər axtarışında olduğu ayrı istiqamətin mövcudluğu göz önünə gəlir.

Sərt robotları nadir hallarda insanlarla işləmək üçün təhlükəsiz şəkildə tətbiq etmək mümkündür. Onların konstruksiya qurğuları deformasiyaya qeyri-stabil hazırlanır.

hightech.fm saytının məlumatına görə, yumşaq robotlar üçün nəzərdə tutulan nasos iki qatdan ibarətdir. Onun içərisində maye üçün kanal, kanalın yan tərəfində xüsusi bir formaya malik elektrodlar yerləşib.

Qurğu elektrodlardan gələn gərginlik zamanı mayenin bəzi hissəciklərini ionlaşdıran elektronların buraxılması sayəsində işləyir. Bundan sonra onlar mənfi yük alaraq elektrik sahəsinin təsiri altında lazımi tərəfə hərəkət edə bilirlər.

Hazırda robot texnikası sahəsində  yumşaq elektrik nasosdan əlavə yumşaq logistik sxemlər, halqaşəkilli generator və klapanlar da mövcuddur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.