İsrail şirkəti 3D-printerdə ət çap edəcək

13 Sentyabr 2019 - 09:10 | Maraqlı məlumatlar
İsrail şirkəti 3D-printerdə ət çap edəcək

İsrailin ət çap edən 3D-printer istehsalçısı “Redefine Meat” şirkəti ətin üçölçülü çapı sisteminin hazırlanması texnologiyasının 6 milyon dollar vəsait cəlb etdiyi barədə məlumat verib.

mignews.ru saytının məlumatına görə, şirkət heyvan mənşəli materiallardan istifadə etmədən ət məhsullarının hazırlanması üçün 3D-çap texnologiyasını tətbiq etmək niyyətindədir.

“Hədəfimiz yalnız yeni qida məhsulu hazırlamaq deyil, həm də alternativ ət məhsullarının istehsalı və geniş yayılması üçün yeni texnologiyanı tətbiq etməkdir. Biz artıq çoxsaylı tədbirlər üçün məhsulları müvəffəqiyyətlə çap etmişik və növbəti 12 ay ərzində ət bazarına və planetimizin gələcəyinə böyük təsir göstərərək, texnologiyanı yeni səviyyəyə çıxaracağıq. Bu sərmayəni aldığımıza və sektorun lideri olmaq yolunda şirkətimizi dəstəkləyən keyfiyyətli investorlarla işlədiyimizə görə çox şadıq”, – deyə şirkətin həmtəsisçisi və baş direktoru Eşçar Ben-Şitrit bildirib.

Qeyd edək ki, “Redefine Meat” texnologiyanı növbəti ildə istifadəyə verməyi planlaşdırır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.