Mini ürək çap edilib

10 Sentyabr 2019 - 11:25 | Maraqlı məlumatlar
Mini ürək çap edilib

Çikaqonun biotexnologiya şirkəti “BIOLIFE4D” miniatür insan ürəyi çap edib. O tam ölçülü ürək ilə eyni struktura malikdir. Şirkət nümayəndələri hesab edirlər ki, onlar transplantasiya üçün yararlı olan süni orqanın yaradılması istiqamətində əhəmiyyətli addım atıblar.

Pasiyentdən alınaraq məməlilərin ürəyinin xüsusiyyətlərini yenidən yaradan xarici matriksa birləşmələrindən hazırlanan ürək əzələ hüceyrələrinin köməyi ilə çap edilib.

hightech.fm saytının məlumatına görə, şirkət bu ilin əvvəlində də klapan, mədəciklər və qan damarlar daxil olmaqla ürəyin ayrı-ayrı komponentlərinin bioçapını həyata keçirib.

Gələcəkdə şirkət tam işləyən insan ürəyini çap etməyə ümid edir. Nəzəri cəhətdən bu texnologiya donor orqanlarına olan ehtiyacı aradan qaldıra bilmək imkanına malikdir.

Qeyd edək ki, “BIOLIFE4D” orqanları çap edən yeganə şirkət deyil. Təl-Əviv Universitetinin tədqiqatçıları da bu ilin başlanğıcında ürək çap ediblər. Çap edilən hər bir ürək 2 sm, təqribən dovşan ürəyi ölçüsündə olub. Hər bir ürəyin çapına üç saat yarım zaman ayrılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.