Bioprinterə bir neçə saniyə ərzində insan orqanlarını çap etmək “öyrədilib”

09 Sentyabr 2019 - 15:42 | Maraqlı məlumatlar
Bioprinterə bir neçə saniyə ərzində insan orqanlarını çap etmək “öyrədilib”

Məlumdur ki, 3D-çap zamanı forma materialın lay-lay çəkilməsi yolu ilə yaradılır. Bu, mürəkkəb daxili struktura malik orqanları yaratmağa imkan verir. Bununla yanaşı, orqanı onun həcminə görə formalaşdırmağa imkan verən həcmli bioçap üsulu da mövcuddur. Hüceyrələrdən və fiksasiya olunan materialdan ibarət xüsusi “qarışığın” üzərində müxtəlif tərəflərdən növbə ilə 3D-modelin yalnız müəyyən edilmiş hissəsini “göstərən” xüsusi proyektordan müxtəlif keçirilcilik qabiliyyətinə malik lazer işləyir. Proyektorun şüalarının təsiri altında toxumalar bərkiyir.

Alimlər qeyd edirlər ki, bu kimi metoddan istifadə onlara biouyğun hidrogeldə kök hüceyrələri ilə toxumaların mürəkkəb formalarını yaratmağa imkan verib.

onauke.info saytının məlumatına görə, bu hüceyrələrdən inkişaf etmiş qan dövranı sisteminə malik orqanları formalaşdırmaq olar. Bu halda çap prosesi cəmi bir neçə saniyə çəkir. Bu üsul qısa müddət ərzində funksional orqanlar yaratmağa kömək edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.