“Amazon” şirkəti istifadəçinin əl üzrə identifikasiyasından istifadə edərək, alış-veriş etməyə imkan verən “Orville” adlı ödəniş sistemini sınaqdan keçirir.
3dnews.ru saytının məlumatına görə, sınaqlar şirkətin Nyu-Yorkda yerləşən ofislərində aparılır. Burada yeni sistem çipslər, qazlı içkilər və telefonlar üçün enerjidoldurma qurğularının satışı üçün bir neçə ticarət avtomatında quraşdırılıb.
İstifadəçinin skanerin səthinə barmaqla toxunmasını tələb edən əksər biometrik sistemlərdən fərqli olaraq, yeni texnologiyada heç bir fiziki toxunuşa ehtiyac yoxdur. Bunun əvəzinə o, kompüter görməsi və dərinlik həndəsəsindən istifadə edir. Bank kartından pul çıxmazdan əvvəl alıcıların əllərini skan etmək üçün “Amazon Prime” hesabındakı məlumatlar yoxlanılır.
Skanerin tanıma dəqiqliyi on mində 1 faiz təşkil edir. Lakin “Amazon” bu göstəricini milyonda 1 faizə qədər yüksəltməyi hədəfləyir. Şirkət növbəti ilin başlanğıcında “Whole Foods” supermarketlər şəbəkəsində skanerlər quraşdırmaq niyyətindədir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.