“Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyinə həsr olunmuş poçt markası buraxılıb

23 Sentyabr 2014 - 09:28 | Mühüm hadisələr
“Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyinə həsr olunmuş poçt markası buraxılıb, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Azərmarka” şirkəti mütəmadi olaraq müxtəlif sahələrə  dair nəfis dizaynda hazırlanmış poçt markaları təqdim edir.
 
Şirkət növbəti olaraq Azərbaycanın müasir enerji strategiyasının həyata keçirilməsində mühüm rol oynamış neft hasilatı üzrə “Əsrin müqaviləsi”nin imzalanmasının 20 illik yubileyi münasibəti ilə poçt markası çap etdirib.

Belarusda çap olunan markanın tirajı 5000 ədəd təşkil edir. Markanın nominal dəyəri 1 manata bərabərdir.
 
Xatırladaq ki, 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında “məhsulun pay bölgüsü” tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlandırılıb, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapıb.
 
“Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti  iştirak edib.

ictnews.az