Yeni sistem idmançılara əlavə reallıqda məşq etməyə imkan verəcək

03 Sentyabr 2019 - 12:37 | Texnoloji yeniliklər
Yeni sistem idmançılara əlavə reallıqda məşq etməyə imkan verəcək

Kanadanın Alberta Universitetində professor Hüseyn Ruhaninin rəhbərliyi altında fəaliyyət göstərən alimlər qrupu əlavə reallıq əsasında insanlara düzgün hərəkətləri öyrədən trenajor hazırlayır. O, reabilitasiya keçən, gəzməyi və adi hərəkətləri yerinə yetirməyi yenidən öyrənənlər üçün nəzərdə tutulub. Lakin sistemin məşqçi olmadan idmançıları öyrətmə potensialı var.

techcult.ru saytının məlumatına görə, ideya istifadəçinin hərəkətlərini qeydə almaq üçün onları rəqəmsal üçölçülü modelə köçürmək və sonra onu etalon modelləri ilə müqayisə etməkdən ibarətdir. Məsələn, topu ötürən tennisçinin əlinin hərəkətini və ya kəndirbazın bədənini tarazlıqda saxlamasını təcrübəli məşqçi idmana yeni başlayan şəxsə göstərməlidir. Çünki bu hərəkətləri sözlərlə izah etmək mümkün deyil. Bu reabilitasiya keçən pasiyentlərə də aiddir. Belə ki, insan gəzməyə o qədər öyrəşir ki, kritik vəziyyətdə özünü itirir, yıxılmamaq üçün ayaqlarını yerə necə qoymalı olduğunu unudur.

Bunun üçün istifadəçiyə iki növ sensor geydirilir: onun hərəkətlərinin kameralarla izlənilməsi üçün parlaq markerlər, vektorun və məkanda ayaqların yerdəyişməsinin distansiyasının dəqiq ölçülməsi üçün inersiya sensorları. Onların köməyilə kompüter istifadəçinin hərəkətlərinin dəqiq modelini qurur, sonra bu model əlavə reallıq eynəyinin ekranında əks olunur. İnsan özünü kənardan görmək imkanı əldə edir, məşqçi isə onu idman zalında olmadan görür.

Daha sonra şagirdin virtual təsvirinə etalon təsvir qoyulur və o, necə yerini dəyişməli və çevrilməli olduğunu əyani olaraq görür. Beləliklə, məşqçinin faktiki iştirakı olmadan effektli təlim baş tutur. Sistemin prototipi universitetin idman komandasının yeni üzvləri üzərində sınaqdan keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.