3D-printerdə süni intellektli sürücüsüz avtobus çap olunub

30 Avqust 2019 - 11:08 | Texnoloji yeniliklər
3D-printerdə süni intellektli sürücüsüz avtobus çap olunub

“Local Motors” şirkəti süni intellektin köməyilə idarə olunan sürücüsüz mini avtobusunun yeni versiyasını təqdim edib.

hightech.fm saytının məlumatına görə, 2016-cı ildə “Local Motors” şirkəti “Olli” adlı kiçik sürücüsüz idarə olunan avtobus təqdim etmişdi. Həmin avtobus “IBM” şirkəti ilə birgə hazırlandığından mühəndislər onların süni intellekt sahəsindəki hazırlamalarından istifadə edə biliblər. İndi “Local Motors” şirkəti tərəfindən təqdim edilmiş “Olli” avtobusunun yeni modelinin 80 faizi 3D-printerdə çap edilib.

Lakin “Olli” avtobusu hələ ki, ictimai yollarda hərəkət üçün nəzərdə tutulmayıb, ondan universitetin kampuslarında, xəstəxana ərazisində, hərbi baza və yataqxanalarda istifadə etmək olar.

Tədqiqatçılar bildiriblər ki, “Olli” avtobusunun yeni versiyası daha böyük imkanlara malikdir. Məsələn, 160 km-dək məsafəni qət edə bilər, 12-dək sərnişin tutumuna malikdir və 40 km/saatadək sürət toplayır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.