Yaponiyanın “Sharp” şirkəti “IFA 2019” Beynəlxalq istehlak elektronikası sərgisində dünyada maye kristal ekranlı ən böyük 8K televizorunu təqdim edəcək. 120 düymlük paneldən ibarət yeni televizor 5-ci nəsil (5G) şəbəkəsinə qoşulmaq imkanına malikdir.
Şirkət nümayəndələrinin sözlərinə görə, gələcək “ağıllı” televizorun təsvir ölçüsü o qədər yüksəkdir ki, sənətşünaslar onu şəkillərin məsafədən öyrənilməsi və ya bərpa işlərinin keçirilməsində istifadə edə biləcəklər. “Sharp” şirkəti yeni model haqqında digər detalları hələ ki, açıqlamır.
hitech.vesti.ru saytının məlumatına əsasən, “Engadget” dərgisində cari ilin iyun ayında “Samsung” tərəfindən təqdim edilmiş 292 düymlük “The Wall Luxury”nin əslində dünyada ən böyük 8K televizor olduğu qeyd edilib.
“IFA 2019” sərgisi sentyabrın 6-dan 11-dək Berlində keçiriləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.