İsraildə Milli Kibermüdafiə Agentliyi yaradılıb

22 Sentyabr 2014 - 11:45 | Maraqlı məlumatlar
İsraildə Milli Kibermüdafiə Agentliyi yaradılıb

Agence France-Presse” nəşri yazıb ki, İsrailin baş naziri Benyamin Netanyahu Milli Kibermüdafiə Agentliyinin yaradılmasını elan edib.
 
"Yeni qurum yalnız Müdafiə Nazirliyi ilə bağlı əsas obyekt və təşkilatları deyil, həmçinin İsrail vətəndaşlarını kiberhücumlardan müdafiə edəcək" – nazirlərin iclasında Netanyahu vurğulayıb.
 
İsrailin müdafiə naziri Moşe Yaalon, öz növbəsində deyib ki, ölkə düşmən dövlətlər, terror qrupları və hakerlər tərəfindən elektron hücum obyekti olub, lakin ciddi ziyan qeydə alınmayıb.

ictnews.az