Yeni “Google” funksiyası İnternetdə informasiya axtarışını asanlaşdırır

27 Avqust 2019 - 14:29 | İnternet-50
Yeni “Google” funksiyası İnternetdə informasiya axtarışını asanlaşdırır

“Google” şirkəti öz axtarış servisində İnternetdə lazımi informasiyanın axtarışını asanlaşdıran yeni funksiyanın sınaqlarına başlayıb.

4pda.ru saytının məlumatına əsasən, “Google” vasitəsilə informasiya axtarışında bir sıra istifadəçilər sorğuya görə saytlar açılan zaman səhifənin dərhal məqalədə cavabla birgə lazımi yerə yönəldilməsi, sonuncunun isə əlavə olaraq sarı rənglə göstərilməsi ilə rastlaşıblar. Qeyd olunan nümunələrdən məlum olur ki, açılan saytda 4K və 1440p formatı arasındakı fərq barədə sorğu verilən zaman mətndə təsvir ölçülərinin fərqinin göstərildiyi fraqment seçilir.

Qeyd etmək lazımdır ki, bu funksiya 2018-ci ildən mobil qurğularda bir sıra AMP səhifələrinin açılması üçün istifadə olunur. Lakin indi yalnız “Chrome” brauzerində işləyən yeni funksiyadan “Google” axtarış sisteminin fərdi kompüterlər üçün nəzərdə tutulan versiyasında da istifadə mümkün olub.

“Google” əməkdaşlarının sözlərinə görə, hazırda yeni funksiyadan istifadəçilərin 5 faizi yararlana bilər. Onun qlobal istifadəyə veriləcəyi tarix barədə məlumat verilmir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.