Əlavə reallıq sisteminə malik pilotsuz elektromobil təqdim ediləcək

26 Avqust 2019 - 14:57 | Maraqlı məlumatlar
Əlavə reallıq sisteminə malik pilotsuz elektromobil təqdim ediləcək

“Sony” və “Yamaha” şirkətləri əlavə reallıq texnologiyasına malik “Sociable Cart” pilotsuz elektromobilinin hazırlanması ilə məşğuldurlar.

hightech.fm saytının məlumatında bildirilir ki, pilotsuz avtomobil ictimai nəqliyyat xətlərində hərəkət üçün deyil, tematik parklar və ixtisaslaşdırılmış zonalarda ekskursiyalar üçün istifadə ediləcək. Yeni elektromobil 5 sərnişin daşıya biləcək, onun maksimal sürəti isə 19 km/saat təşkil edəcək.

Avtomobildə pəncərəni əvəz edəcək əlavə reallıq elementləri ilə təchiz olunmuş 49 düymlük 4K-monitor, xarici hissədə isə süni intellektə malik 4 ədəd 55 düymlük 4K-monitor quraşdırılacaq. Texnologiya yoldan keçənlərə onların yaşı, cinsi və statusuna uyğun reklam çarxları göstərəcək.

İlk “Sociable Cart” elektromobilləri 2020-ci ilin mart ayında Yaponiyada istifadəyə veriləcək. Onun qiyməti haqqında hələ ki, məlumat verilmir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.