Harvard Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin mühəndisləri süni əzələ və düz kontakt linzaların yaradılması texnologiyalarını birləşdirərək, obyektlərin şəkillərini insan gözünün gördüyü kimi çəkən yeni elektron linza hazırlayıblar.
hightech.fm saytının məlumatına görə, linza süni əzələlərin bərkidiliyi nazik, şəffaf dielektrik elastomerdən ibarətdir. Linza və əzələnin birgə qalınlığı 30 mk, qurğunun diametri təxminən 1 sm təşkil edir.
Yeni linza kiçik ölçülü nanostrukturların köməyilə görünən işığın bütün spektrini bir nöqtədə toplaya bilir. Bu, ona eynilə insan gözündə olduğu kimi, real vaxt rejimində fokusu dəyişdirməyə imkan verir. O, bəzi aspektlər üzrə insan gözünü üstələyir. Məsələn, sözügedən linza astiqmatizmə düzəlişlər edə bilir ki, bu da insan gözü üçün əlçatmazdır.
Tədqiqat müəllifləri məlumat veriblər ki, yaxın vaxtlarda yeni linzaların istehlak kameraları və cihazlarda tətbiq olunma ehtimalı son dərəcə azdır. Ehtimal olunur ki, yeni linzalar 10 il sonra istifadə ediləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.