Sualtı ərazidə batareyasız işləyə bilən ötürücü hazırlanıb

21 Avqust 2019 - 08:43 | Texnoloji yeniliklər
Sualtı ərazidə batareyasız işləyə bilən ötürücü hazırlanıb

Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları su altında işləməyi və uzaq məsafədən məlumatları mütəxəssislərə yönləndirməyi bacaran yeni sensor ötürücü təqdim ediblər. Onun işləməsi üçün enerji batareyasına ehtiyac yoxdur.

Alimlərin hazırladığı bu sistem çox az enerji istifadə etməklə səs dalğalarını suyun altına ötürür. Səs dalğasında olan enerji onun işləməsi üçün kifayətdir.

hightech.fm saytı xəbər verir ki, alimlər gələcəkdə bu ötürücüdən kosmosda aparılan müəyyən tədqiqatlarda istifadə etməyi planlaşdırırlar. Həmçinin, bu sensor vasitəsilə səsli sənədləri və şəkilləri də ötürməyi nəzərdə tuturlar. Bu da öz növbəsində, uzaqdan izləmə stansiyalarının yaradılması baxımından böyük bir nailiyyət olacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.