Qurğuların işləmə sürətini on dəfələrlə artıra bilən nanoelementlər hazırlanır

20 Avqust 2019 - 15:18 | Texnoloji yeniliklər
Qurğuların işləmə sürətini on dəfələrlə artıra bilən nanoelementlər hazırlanır

Rusiya Elmlər Akademiyasının Bərk Cisimlər Fizikası İnstitutunun mütəxəssisləri rəqəmsal və kvant elektronikası üçün nanostrukturların hazırlanması üzərində işləyirlər ki, bu da qurğuların işləmə sürətini on dəfələrlə artıracaq və onların enerji səmərəliliyini yüksəldəcək. Bu haqda tədqiqat rəhbəri professor Valeri Ryazanov bildirib.

tass.ru saytının məlumatına görə, alim bildirib ki, gələcəyin rəqəmsal elektron qurğuları müasir qurğularla müqayisədə on dəfələrlə böyük sürətə və enerji səmərəliliyinə malik olacaqlar. Məsələn, kompüterlərdə prosessorların işləmə sürəti 10 Hs-dən bir neçə yüz Hs-dək arta bilər. Bu, yüksək keçiricilər əsasında hazırlanacaq xüsusi elementlərin köməyilə mümkün olacaq. Lakin yeni texnologiyanın iki əsas çatışmazlığı var: hazırlanmış strukturların ölçüsü çox böyükdür və onları yığcam qurğularda istifadə etmək hələ ki, mümkün deyil, ikincisi isə tutumlu, enerjiyə qənaət edən maqnit yaddaşının olmamasıdır.

Ən böyük axtarış aqreqatorlarının informasiyasını saxlayan serverlərin əsasını təşkil edən müasir yarımkeçirici elektronika enerji səmərəliliyi baxımından yüksək keçiricilər əsasında işləyəcək qurğularla müqayisə edilə bilməz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.