Kolumbiya Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin mühəndisləri yerimək qabiliyyəti zəif olan insanlara hərəkətetmə imkanlarını genişləndirəcək Canine robot əl ağacı yaradıblar.
Bu gün planetimizdə yaşayan 75-80 yaşlı insanların təxminən 35%-i bu və ya digər formada hərəkət məhdudiyyəti ilə üzləşirlər və onların sayı zaman keçdikcə artır.
Ağıllı əl çubuqları istifadəçini lazımi istiqamətə düzgün istiqamətləndirir. Bu da əlil insanlara hərəkət etdikləri zaman onlara kömək edən başqa bir insanın varlığını hiss etdirir.
hightech.fm saytı xəbər verir ki, Kolumbiyalı mühəndislər qrupu bundan öncə Self Healing Soft Robotics (SHERO) layihəsi çərçivəsində 3 milyon avro dəyərində robot manipulyator yaradıblar. Həmin robot əl ağrını hiss edə, aldığı zədəni müəyyən edə və özü-özünü sərbəst şəkildə təmir edə bilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.