Ağrını hiss edən və özünü bərpa edən robot əl hazırlanıb

14 Avqust 2019 - 16:12 | Texnoloji yeniliklər
Ağrını hiss edən və özünü bərpa edən robot əl hazırlanıb

Alimlər “Self Healing Soft Robotics” (SHERO) layihəsi çərçivəsində 3 milyon avro dəyərində robot əl hazırlayıblar. O, ağrını hiss edə, zədələri müəyyənləşdirə bilir, həmçinin özünü bərpa etmək qabiliyyətinə malikdir.

hightech.fm saytının məlumatına əsasən, bu ideya Kembric Universitetinin komandası tərəfindən düşünülüb və reallaşdırılıb. Alimlər tərəfindən hazırlanmış robot əl zədələri aşkar etmək və özünü bərpa etmək qabiliyyəti sayəsində minlərlə dollara qənaət edə bilər. Bu funksiya sənaye istehsalında işsizlik müddətini azaldacaq, hətta aradan qaldıracaq.

Layihənin elmi işçisi doktor Tomas Corc Turutel yeni robota böyük ümidlər bəsləyir. O, bu qurğunun modul və təkamül robot texnikasında faydalı ola biləcəyini hesab edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.