Toronto Universitetinin mütəxəssisləri transdermal optik vizuallaşdırma kimi məlum olan texnologiyadan istifadəni təklif edir. O, insanın sifətini əks etdirən qısa videonun analizi yolu ilə qan təzyiqini ölçür. Metod özünü telefonda 2 dəqiqəlik videoya çəkən 1328 könüllü ilə sınaqdan keçirilib.
meddaily.ru saytının məlumatına görə, sistem 95-96 faiz dəqiqliklə arterial təzyiqin üç tipini ölçə bilib. O, dərinin səthi altında hemoqlobindən əks olunan qırmızı işığı tutmaq üçün smartfonda optik sensorlardan istifadə edir. Bu, qanaxmada dəyişiklikləri ölçməyə və vizuallaşdırmağa imkan verir.
Smartfonlar üçün “Anura” adlı proqram hazırlanıb. O, videonun analizinin nəticəsinə əsasən, stresin səviyyəsini və dinclik vəziyyətində ürək tutmalarının tezliyini göstərir. Təzyiqin səviyyəsini müəyyən edən proqram cari ilin payız aylarında bazara çıxarılacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.