İnstitutun əməkdaşı Cənubi Koreya Respublikasında keçirilən təlimdə iştirak edir

09 Avqust 2019 - 09:57 | Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi Turqut Yasin 24 iyul - 15 avqust 2019-cu il tarixlərində Cənubi Koreya Respublikasının Elm və Texnologiya Siyasəti İnstitutunda “Texnologiya parklarının planlaşdırma və inkişafı siyasəti: texnologiyanın transferi və kommersiyalaşdırılması” mövsuzunda keçirilən təlim proqramında iştirak edir.

“CİAT” təqaüdü əsasında “KOİCA” tərəfindən dəstəklənən təlim proqramında AMEA “Yüksək Texnologiyalar Parkı”nın (YTP) əməkdaşları Elşən Əliyev, İsa Həsənzadə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin YTP əməkdaşı Bəhruz Babayev iştirak edir. Təlimə Azərbaycan nümayəndə heyəti ilə yanaşı Salvador, Laos, Tunis, Fələstin, Əfqanıstan kimi ölkələrin müxtəlif qurumlarında çalışan nümayəndə heyətləri də qatılıb.

Proqram çərçivəsində Cənubi Koreya təcrübəsi əsasında texnologiya kommersiyalaşdırılması, texnologiya transferi, marketinqi və qiymətləndirilməsi, intellektual əmlakın idarə edilməsi, startaplara dəstək proqramlarının menecmenti mövzularında praktiki mühazirələr təşkil olunur.

Bundan əlavə, proqrama Cənubi Koreyanın nüfuzlu texnologiya parkları və institutlarına səfərlər, bu ölkənin tarixi və mədəniyyəti ilə tanışlıq daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.