31-ci Beynəlxalq İnformatika Olimpiadasının növbəti yarış mərhələsi keçirilir

08 Avqust 2019 - 12:15 | Mühüm hadisələr
31-ci Beynəlxalq İnformatika Olimpiadasının növbəti yarış mərhələsi keçirilir

Avqustun 8-də 31-ci Beynəlxalq İnformatika Olimpiadasının növbəti yarış mərhələsi keçirilir.

AZƏRTAC-ın məlumatına əsasən, bu mərhələdə olimpiada iştirakçıları onlara təqdim edilən 3 sualı 5 saat ərzində cavablandırmalıdırlar.

Yarışın yekun nəticələrinin avqustun 9-da elan edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, “IOI” beş beynəlxalq olimpiadadan və dünyanın ən nüfuzlu kompüter elmləri yarışlarından biridir. Bu nüfuzlu beynəlxalq yarışda ölkəmizi indiyə qədər 24 dəfə təmsil etmiş Azərbaycan komandaları 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıblar.