Son zamanlar beynəlxalq əməkdaşlıq çərçivəsində AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə dünyanın müxtəlif universitetləri arasında əməkdaşlıq əlaqələrinin yaradılması və mövcud əlaqələrin genişləndirilməsi, institut əməkdaşlarının təqaüd proqramları ilə xaricdə ödənişsiz təhsil almalarına şəraitin yaradılması həyata keçirilən əsas layihələrdəndir.
İnstitutun 4 saylı şöbəsinin əməkdaşları Özal Bağırov Çinin Elektron Elm və Texnologiya Universitetinin “Kompüter elmi və texnologiyası”, Cəmil Qurbanzadə isə Estoniyanın Tartu Universitetinin “Kompüter mühəndisliyi” ixtisasları üzrə magistratura pilləsinə qəbul olunublar.
Qeyd edək ki, institut əməkdaşlarının dünyanın nüfuzlu elm və təhsil müəssisələrində təhsil almaq hüququnu əldə etmələri gənc mütəxəssis və tələbələrin beynəlxalq elmi mühitə inteqrasiyası üçün yeni imkanlar yaradır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.