Yaponiyanın “NEC” şirkəti sərnişinlər üçün nəzərdə tutulmuş pilotsuz təyyarə prototipinin uçuş sınaqlarını həyata keçirib. Qısa nümayiş uçuşu Tokio ətrafı ərazidə yerləşən sınaq poliqonunda baş tutub. Təxminən 3 metr hündürlüyə qalxan “uçan avtomobil” 1 dəqiqə havada qalıb və sonra yerə enib.
hitech.vesti.ru saytının məlumatına görə, aparat təhlükəsizlik məqsədilə hər bir tərəfi hasarlanmış “qəfəs”də sınaqdan keçirilib. Bundan əlavə, hava nəqliyyatının bortunda heç kim olmayıb.
“NEC” layihəsinin rəhbərlərindən biri Kudji Okadanın sözlərinə görə, Yaponiya əhalisi sıx məskunlaşmış ölkədir: “Bu səbəbdən uçan avtomobillər ictimai yollara düşən yükü xeyli azaltmaq imkanına malikdir”.
2023-cü ilədək bu kimi pilotsuz təyyarələr malların çatdırılması, sonralar isə sərnişin daşınması ilə məşğul olacaq.
Qeyd edək ki, “NEC”in tərəfdaşı olan “Cartivator” şirkəti isə 2026-cı ildə “uçan maşınlar”ın kütləvi istehsalına başlamağı planlaşdırır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.