Smartfonlar üçün “gələcəyin klaviaturası” hazırlanıb

06 Avqust 2019 - 09:00 | Texnoloji yeniliklər
Smartfonlar üçün “gələcəyin klaviaturası” hazırlanıb

“I-Keyboard” adlanan yeni ixtira gözəgörünməzliyi ilə fərqlənir. hi-news.ru saytının məlumatına görə, onun tətbiqi sayəsində mobil qurğuların ekranlarında istifadə olunan yerlər maksimum dərəcədə artır.

İstifadəçilər tam ekran rejimində proqramın məzmununa baxmaq, eyni zamanda mətni yığa bilmək imkanına malikdirlər. “I-Keyboard” əvvəldən müəyyən edilmiş tərtib etmə, forma və ya düymələrin ölçüsünə malik deyil. İstifadəçilər istənilən yerdə, istənilən bucaq altında yazmağa başladıqları zaman “I-Keyboard” ondan nə tələb olunduğunu anlayır.

Müəlliflərin sözlərinə görə, “I-Keyboard” süni intellektin prediktiv alqoritmi əsasında işləyir. Süni intellekt alqoritmi sadə şəkildə desək, çap etmək istədiyinizi əvvəldən xəbər verməyə çalışır və klaviaturanı xüsusi üsulla “qurur”.

Tədiqiqatçılar qeyd edir ki, iş hələki başlanğıc mərhələdədir. Hazırda onun sürətinin aşağı olması əsas problemlərdəndir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.