ABŞ fizikləri laboratoriyada “mini-Günəş” hazırlayıblar

01 Avqust 2019 - 10:40 | Maraqlı məlumatlar
ABŞ fizikləri laboratoriyada “mini-Günəş” hazırlayıblar

Yeni BRB (Big Red Ball, Böyük Qırmızı Şar) qurğusu ilk dəfə Günəşdə plazma və digər proseslərin spiralvari hərəkətini modelləşdirməyə imkan verəcək.

Günəş Yer kürəsində həyatın mövcudluğu mənbəyidir, lakin bu nəhəng istilik-nüvə reaktorunda olan bir çox proseslər hələ də, aydınlaşdırılmayıb. Bu proseslərin modelləşdirilməsi üçün Viskonsin-Medison Universitetinin alimləri unikal həll olan BRB-ni istifadəyə veriblər. “Nature Physics” jurnalında dərc olunmuş məqalədə yeni qurğunun Günəşin sirrlərini tədqiq etməyə daha yaxşı kömək edəcəyi qeyd olunur.

nanonewsnet.ru saytının məlumatına görə, BRB mərkəzində çox güclü maqniti olan helium plazmasıyla doldurulmuş üçölçülü sferadan ibarətdir. Bu cihaz kosmik aparatların müşahidələrini əvəz etmək imkanına malik olmasa da, onlara əlçatmaz olan sahələri araşdırmağa imkan verir. Onun köməyi ilə fiziklər ilk dəfə günəş küləyinin spiralvari hərəkət modelini hazırlayıblar.

BRB-nin köməyi ilə alimlər göstəriblər ki, plazmanın sürətli yüklənmiş hissəcikləri zəifləmiş maqnit sahəsinin bölmələri ilə spirallar üzrə hərəkət edə bilərlər.

Günəşdəki analoji şərait günəş küləyinin hərəkətini stimullaşdıran plazma topaları yaratmaq imkanına malikdir. Günəş küləyinə sürətlənmə imkanı verən mexanizmlər indiyə qədər kifayət qədər öyrənilməyib. Qeyd olunan tədqiqatlar yeni alətin işinin əsas istiqamətlərindən biri olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.