4,4 mm ölçüyə malik mikrosxem 100 QHs-dən yuxarı tezliklərdə rabitəni təmin edir və analoqları ilə müqayisədə olduqca az enerji sərf edir. Bu kimi qurğular gələcəyin simsiz texnologiyalarının əsasını təşkil edəcək.
Kaliforniya Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış yeni nəsil transiver analoqları ilə müqayisədə rəqəmsal siqnalları daha sürətli və səmərəli emal edir. Bu qurğuda məlumatların ötürülmə sürəti 5G texnologiyası ilə müqayisədə yüksəkdir. Həmçinin yeni qurğu daha az enerji sərf edir.
hightech.plus saytının məlumatına əsasən, yeni texnologiyanın əsasını çiplərin ölçüsü və səmərəliliyi ilə əlaqədar fiziki məhdudiyyətləri aradan qaldırmağa imkan verən yeni rəqəmsal arxitektura təşkil edir.
Müqayisə üçün qeyd edək ki, 5G şəbəkəsinin ən yuxarı işləmə diapazonu 28-38 QHs təşkil edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.