Hər zaman olduğu kimi bu ildə hava şəraiti insanları təəccübləndirir. İyul ayında Avropada müsbət 40 dərəcə isti müşahidə olunduğu zaman Rusiyada insanlar bəzən gödəkçə geyinməli olurlar. Məhz bu cür qeyri-adi hava şəraitində, ilin hər bir fəslində insan özü ilə kiçik ölçülü kondisioner gəzdirməyi arzu edir.
Yaponiyanın “Sony” şirkəti smartfonla idarə olunan portativ qurğu “Reon Pocket” vasitəsilə bu xəyalı reallığa çevirir. Qurğu köynəyin cibinə yerləşdirilərək insanı istidə sərinlədir, soyuqda isə qızdırır.
pdalife.info saytının məlumatına görə, cihazın enerji ilə yüklənməsi üçün təxminən iki saat vaxt tələb olunur. Qurğu yığılan bu enerjini 90 dəqiqə ərzində sərf edir.
Gələcəkdə şirkət qadcet və köynəyi 130 dollara satmağı planlaşdırır. Əgər layihə müvəffəqiyyətlə həyata keçərsə qurğu növbəti ilin başlanğıcında istehsal olunacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.