Mobil telefonlardan istifadə piylənmə riskini artırır

30 İyul 2019 - 09:00 | İnternet-50
Mobil telefonlardan istifadə piylənmə riskini artırır

Aparılan tədqiqatlara əsasən, smartfon qarşısında gün ərzində bir saatdan çox vaxt sərf edən insanlar piylənmənin inkişafı riski qrupundadır. Müəyyən edilib ki, telefon qarşısında 5 saat və daha çox vaxt keçirmiş tələbələr ona daha az vaxt sərf edən yaşıdları ilə müqayisədə çəki problemləri ilə 43% daha çox qarşılaşırlar.

meddaily.ru saytının məlumatına əsasən, artıq çəkiyə malik insanların təxminən 25%-i və tamamilə piylənmə ilə üzləşən insanların demək olar ki, 5%-i telefon qarşısında 5 saatdan çox vaxt sərf edirlər. Telefon asılılığı olan insanlar iki dəfə daha çox şirin içkilər içir, “fast food”, konfet yeyir və iki dəfə daha az idmanla məşğul olurlar.

Simon Bolivar Universitetinin alimlərinin sözlərinə görə, telefonlardan sıx istifadə az hərəkətli həyat tərzi ilə əlaqəlidir. Bu isə, yalnız çəki ilə bağlı problemlərə deyil, diabet, ürək xəstəlikləri, xərçəng, skelet-əzələ sistemi problemləri, hətta vaxtından əvvəl ölümlərə səbəb olur. Bununla yanaşı, günün qaranlıq vaxtlarında telefonlardan istifadə maddələr mübadiləsini, yuxunu pozur və özünü idarə etməni zəiflədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.