23 iyul 2019-cu il tarixində saat 11:46 radələrində qlobal İnternet provayderlərindən olan Level3 və GEANT təşkilatının qoşulma nöqtələrində bu təşkilatların əməkdaşları tərəfindən aparılan quraşdırma işləri nəticəsində AzScienceNet şəbəkəsinin GEANT təşkilatından gələn xəttində qırılma baş verib. Bunun nəticəsində Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat müəssisələrinə və bir sıra qurumlarına İnternet xidmətinin verilməsində fasilə yaranıb. Problem AzScienceNet şəbəkəsinin əməkdaşları tərəfindən dərhal aşkarlanıb və aidiyyatı təşkilatlar məsələdən xəbərdar edilib. Yaranan nasazlıq saat 15:30 radələrində aradan qaldırılıb.
Qeyd edək ki, İnternetin sürətinin 3 Gbit/s-yə qaldırılması və keyfiyyətinin artırılması üçün yeni provayderə keçid ilə əlaqadər olaraq sınaqlar keçirilir. Bu səbəbdən cari ilin sentyabr ayına qədər sınaqların keçirilməsi müddətində İnternet xəttində kəsilmələrin olması gözlənilir.
AzScienceNet şəbəkəsinin administrasiyası
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.