Süni intellekt şəkilləri mətnə çevirəcək

15 İyul 2019 - 12:00 | Maraqlı məlumatlar
Süni intellekt şəkilləri mətnə çevirəcək

“Qeyri-standart” şriftlər, ərəb hörmə yazısı, eləcə də Çin heroqlifləri ilə iş mətn tanıma sistemlərinin əksəriyyətinin qarşılaşdığı əsas çətinliklər sırasındadır. Qrafik simvolların variantları, bu kimi simvolların yazılışları, onların fərdi xüsusiyyətləri, simvolların məlumat bazasının yenilənməsi həll edilməsi çətin olan məsələlərdəndir.

Rusiya və beynəlxalq tanıma sistemləri bazarının lideri “ABBYY” şirkəti mətnlərin redaktə edilən fayla tərcüməsi üçün süni intellekt elementlərini yeni sistemə daxil edib. Bu yanaşma sayəsində sistem faktiki olaraq insan beyni kimi işləməyə başlayır.

popmech.ru saytının məlumatına görə, yeni sistem yalnız əlavə edilən qrafik simvolları “gözləmir”, ona məlum olan dəstlə skanerdən çıxarılan simvolun müqayisəli analizini həyata keçirir. Sənəddə mövcud olan bu və ya digər çapın çatışmazlıqları “ağıllı” sistem  tərəfindən tapılaraq düzgün variant təqdim edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.