Avstraliyanın Flinders Universitetinin alimləri qripə qarşı yüksək effektivliyə malik vaksin hazırlayıblar. Tezliklə ABŞ-da kliniki sınaqlardan keçiriləcək vaksin süni intellekt – liqandların axtarışı alqoritmi kimi tanınan proqram tərəfindən yaradılıb. Liqandlar bioloji molekulla komplekslər yaradan birləşmələrdir.
meddaily.ru saytının məlumatına əsasən, insanların müalicəsinə imkan verən yeni vaksin tamamilə süni intellekt tərəfindən hazırlanmış ilk vasitədir. Alimlərin fikrincə, bu, tibb və farmakologiya sahələrində yeni eradır. Yeni vaksin bədənin qrip virusuna immun cavabını gücləndirən maddələrdən istifadə edir. O, il ərzində təxminən 240 könüllü üzərində sınaqdan keçiriləcək.
Qeyd edək ki, bu yaxınlarda Peterburq tədqiqatçıları insanı həm qrip, həm də respirator sinsitial virusdan müdafiə edən xüsusi vaksinlərin sınaq nəticələrini təqdim ediblər. Vaksinlər gəmiricilər üzərində sınaqdan keçirilərkən yalnız öz effektivliyini deyil, həm də təhlükəsiz olduğunu sübut edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.