GEANT Assosiasiyası tədqiqat və təhsil məlumatlarının bir ölkədən digərinə ötürülməsinin, həmçinin qlobal cəmiyyət böyüdükcə şəbəkənin inkişafı tempinin təsvir olunduğu qlobal xəritəsinin yeni versiyasını təqdim edib.
1988-ci ildə Avropada TEN-34 şəbəkəsi ilə Atlantikaya qədər uzanan xətt ilə Avropa xəritəsi mövcud olmuşdur. Sonralar ilk GEANT layihəsi çərçivəsində 13 bağlantı ilə ilk müvafiq qlobal xəritə yaradılmışdır.
Qlobal əlaqələrin inkişafı, yeni regional layihələrin başlaması və sürətinin artması ilə bir neçə ildir istifadə olunan qlobal xəritənin əhatə dairəsi daha da genişlənmişdir.
Bu yaxınlarda qlobal xəritə yenidən nəzərdən keçirilmiş, GEANT-ın Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Tom Fryer tərəfindən TNC19 konfransının açılış mərasimində nümayiş etdirilmişdir.
Tom Fryer bildirib ki, xəritənin əvvəlki versiyasında olan əsas elementlərdən bir çoxu saxlanılmışdır. Xəritədə şəbəkəyə qoşulan ölkələri və hələ qoşulmadığı halda regional şəbəkələrə aid olan ölkələri görmək mümkündür.
Qeyd edək ki, GEANT və onun tərəfdaşları arasında qlobal əlaqələrin son nöqtələrinin dəqiq sürətini və yerləşdiyi məkanı bilmək üçün map.geant.org saytında interaktiv xəritə mövcuddur.