ABŞ-ın Kolumbiya Universitetinin mütəxəssisləri saç follikullarının yaradılması üçün istifadə ediləcək toxuma istehsalı və üçölçülü çap metodunu kəşf ediblər. Bu metodun insanları saç tökülməsindən xilas edəcəyi bildirilib. Alimlər follikulları laboratoriyada və canlı gəmiricilərdə yetişdirə biliblər.
meddaily.ru saytının məlumatına görə, printer uzun və incə çap elementlərinə malikdir. Onlar insan dərisinin yaradılması üçün vacib komponentləri əldə etməyə imkan verir. Bu sistemdən istifadə etməklə, alimlər kollagen və insan fibroblastlarından ibarət gelin incə qatını formalaşdıraraq, insan dərisinin strukturunu yaradıblar. Sonra istifadə edilən və mili xatırladan başlıq geldə dərin və dar çuxurlar yaratmağa imkan verib.
Daha sonra dendrit hüceyrələr həmin çuxurlarda əkilir və bioaktiv amillərdən ibarət kokteyllə doldurulur. Bu, onlara yetişmiş saç follikullarına çevrilməyə kömək edir. Alimlər dərini xatırladan strukturları siçanlara transplantasiya ediblər. 4-6 həftə sonra transplantasiya yerlərində insan saçlarına bənzəyən strukturların artması müşahidə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.