İnstitutun şöbə müdiri beynəlxalq jurnalın redaksiya heyətinin üzvü seçilib

02 İyul 2019 - 10:10 | Mühüm hadisələr
İnstitutun şöbə müdiri beynəlxalq jurnalın redaksiya heyətinin üzvü seçilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev “International Journal of Sensors, Wireless Communications and Control” jurnalının redaksiya heyətinin üzvü seçilib.

Jurnalda sensorları simsiz rabitə şəbəkələri ilə qarşılıqlı əlaqədə olan şəbəkə idarəetmə sistemlərinə xüsusi diqqətin ayrıldığı, bir-biri ilə sıx əlaqəli sahələr üzrə tədqiqat materialları, tam və ya qısa icmallar və məqalələr nəşr edilir.

Qeyd edək ki, jurnal “Scopus”, “ChemWeb”, “Google Scholar”, “J-Gate”, “CNKI Scholar”, “Suweco CZ”, “EBSCO”, “Ulrich's Periodicals Directory”, “JournalTOCs” və s. bazalarda indeksləşir və referatlaşır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.