Yeni texnologiya sayəsində qrafik üzrə dərman qəbul etməyə ehtiyac qalmayacaq

27 İyun 2019 - 12:05 | Texnoloji yeniliklər
Yeni texnologiya sayəsində qrafik üzrə dərman qəbul etməyə ehtiyac qalmayacaq

“Houston Methodist” hospitalı dərmanların bədənə yeridilməsi üçün unikal sistem hazırlayıblar. Sistem xroniki xəstəliklərdən (artrit, diabet və ürək xəstəlikləri) əziyyət çəkən pasiyentlərə kömək olacaq. Bu, “Bluetooth” vasitəsilə məsafədən nəzarət edilən, nanokanallara malik olan kiçik implantatdır.

meddaily.ru saytının məlumatına əsasən, dərinin altına yerləşdirilən implantat nasoslardan istifadə etmədən dərman vasitələrinin yeridilməsinə tam nəzarət olunmasına imkan verir. Qurğudan 1 il ərzində dərmanlara əlavələr etmədən istifadə etmək olar. 2020-ci ildə texnologiyanın Beynəlxalq Kosmik Stansiyada sınaqdan keçirilməsi planlaşdırılır.

Sistemin dərmanların yeridilməsi üçün 3 rejimi var: standart, azaldılmış və yüksəldilmiş fəallıqda. İş rejimini asanlıqla hər bir pasiyentin ehtiyaclarına uyğunlaşdırmaq olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.