Akademik Rasim Əliquliyev beynəlxalq jurnalın redaktoru seçilib

27 İyun 2019 - 10:22 | Mühüm hadisələr
Akademik Rasim Əliquliyev beynəlxalq jurnalın redaktoru seçilib

AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev “CAAI Transactions on Intelligence Technology” jurnalının redaktoru seçilib. Jurnal Mühəndislik və Texnologiyalar İnstitutu (Institution of Engineering and Technology) tərəfindən dərc olunur.

Çin Süni İntellekt Assosiasiyasının maliyyə dəstəyi ilə nəşr olunan jurnalda süni intellekt texnologiyalarının nəzəri və eksperimental problemlərinə həsr olunmuş məqalələrə yer verilir. Bu jurnal qlobal süni intellekt cəmiyyəti üçün nüfuzlu akademik mübadilə platformasını təbliğ edən yüksək səviyyəli beynəlxalq akademik jurnallardan biridir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.