Böyük Britaniyanın ucuz planşet istehsalçısı “Datawind” şirkəti “UbiSlate 7Ci” planşet kompüterinin satışlarına start verib. İstehsalçının sözlərinə görə, bu, dünyanın ən ucuz planşetidir. Onun qiyməti 29,99 funt-sterlinqdir.
cnews.ru saytının məlumatında bildirilir ki, qurğu 800x480 piksel təsvir ölçülü 7 düymlük ekran, “Cortex-A8” nüvəli və 1 QHs takt tezlikli prosessor, 512 Mb əməli yaddaş, 4 Qb daxili yaddaş, Wi-Fi və mini-USB ilə təchiz edilib.
UbiSlate 7Ci planşeti “Android 4.0.3 Ice Cream Sandwich” əməliyyat sistemi ilə işləyir. Qurğudan, həmçinin səs çağırışları üçün istifadə etmək mümkündür.
Qeyd edək ki, Hindistan hökumətinin sifarişi ilə hazırlanmış yeni planşet ilk növbədə bu dövlətin ali məktəb tələbələri üçün nəzərdə tutulub.