ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (National Aeronautics and Space Administration – NASA) 2020-ci ildə Marsa göndəriləcək pilotsuz uçuş aparatının sınaqlarını əks etdirən videonu yayımlayıb.
belta.by saytının məlumatına görə, alimlər bir neçə ildir ki, Qırmızı planetin atmosferi şəraitində uça bilən aparatın hazırlanması üzərində çalışırlar. Bir çox mühəndislər bu istiqamətdə hazırladıqları layihələrini təqdim etsələr də, onların əksəriyyəti uğursuzluqla nəticələnib. Lakin kosmik agentlikdə uyğun konstruksiya tapılıb və yaxın zamanda yeni kvadrokopter sınaqdan keçirilib.
Dron Marsın atmosfer şəraitini təqlid edən kameraya yerləşdirilib. Pilotsuz uçuş aparatı müvəffəqiyyətlə uçub və bir neçə dəqiqə havada qalıb. Qurğu növbəti uçuşunu 2020-ci ildə Marsın səthində gerçəkləşdirəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.