Məlum olduğu kimi, Azərbaycan Respublikasının Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin “İKT LAB” Tətbiq və Tədris Mərkəzi mütəmadi olaraq müasir texnoloji trendlərə əsaslanan yeni təlimlər təşkil edir. Mayın 11-də başlayan növbəti təlimlər intellektual idarəetmə sisteminin qurulmasında məlumatların xüsusi əhəmiyyəti baxımından mühüm olan “Məlumat əsaslı idarəçiliy”ə (“Data-Driven Governance”) həsr olunub.
Təlimin məqsədi məlumatların əhəmiyyəti, toplanması və istifadəsi üzrə praktiki və nəzəri biliklər əldə etmək istəyən mütəxəssislərin bilik və bacarıqlarının artırılmasıdır.
Təlimdə bir sıra nazirlik və dövlət qurumlarının əməkdaşları iştirak edir. Təlimdə data sahəsi üzrə peşəkar mütəxəssislər müxtəlif mövzularda seminarlar keçir. Təlimin sonunda dövlət qurumlarının data əsaslı idarəçilik üzrə təcrübəsi iştirakçıların təqdimatları əsasında müzakirə olunacaq. 5 gün davam edəcək təlimlərə mayın 14-də yekun vurulacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.