Avtomobilləri enerji ilə təmin edən yol istifadəyə verilib

13 May 2019 - 11:03 | Maraqlı məlumatlar
Avtomobilləri enerji ilə təmin edən yol istifadəyə verilib

Almaniyada yük maşınlarını enerji ilə təmin edən “eHighway” adlı yolun ilk hissəsi hazırlanıb.

Frankfurt hava limanı və yaxınlıqdakı Sənaye Parkının arasında yerləşən avtobanın uzunluğu 10 kilometrdir. Avtobana yük maşınlarına qoşula bilən hava kabelləri keçirilib.

ferra.ru saytının məlumatına əsasən, yük maşınlarını enerji ilə təmin etmək üçün onların damına xüsusi avadanlıq qurmaq tələb olunur. Nəticədə o, yük trolleybusuna çevrilir.

İstehsalçıların sözlərinə görə, yük maşınları elektrikləşdirilmiş avtoban üzrə 90 km/saata qədər sürətlə hərəkət edə biləcəklər. “Siemens” şirkəti tərəfindən hazırlanan bu sistemin tətbiqi ilə yük maşınlarının sahibləri büdcə xərclərinə qənaət edəcəklər, eləcə də ətraf mühitin çirklənməsinin qarşısı alınacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.