Böyüklərlə yanaşı, kiçik yaşlı uşaqlar da həyəcan və depressiyadan əziyyət çəkirlər. Yetkinlik yaşına çatan yeniyetmələrdə psixi pozulmalar adətən uşaqlıq dövründən yaranır və bu zaman uşaqlar lazımi diaqnostik müayinələrdən keçmirlər. Valideynlər də uşaqlarda olan həyəcan simptomlarına çox zaman ciddi yanaşmırlar. Hazırda alimlər pozulma əlamətlərini uşağın nitqinə görə müəyyən edən süni intellekt əsasında obyektiv diaqnostik alət hazırlayıblar.
Mütəxəssislər apardıqları tədqiqatlara 3-8 yaş arası 71 uşağı cəlb ediblər.
hightech.plus saytının məlumatına əsasən, iştirakçılar yüksək stress şəraitində üç dəqiqəlik əhvalat danışır, danışılan əhvalat bir neçə dəfə səs siqnalı ilə kəsilir.
Alimlərin hazırladığı bu alqoritm uşağın nitqindəki pozulmaları təxminən 80% dəqiqliklə müəyyən edə bilir. Nəticələr ənənəvi həkim müayinəsindən sonra təsdiq edilib.
Alimlər qeyd edirlər ki, alqoritm audioyazının bir neçə saniyəsi ilə də uşağın nitqinin müəyyən xüsusiyyətlərini müəyyən edə bilmək imkanına malikdir.
Tədqiqatçılar hesab edirlər ki, bu metod vasitəsilə valideynlərə aydın olmayan kiçik simptomları da təyin etmək mümkündür.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.