ABŞ-ın Rays Universitetinin biomühəndisləri toxumaların bioçapında inqilabi irəliləyişə nail olublar. Alimlər təbii qan damarlarını, limfa və digər həyati əhəmiyyətli mayeləri imitasiya edən dolaşıq damar şəbəkələri yaradıblar.
4pda.ru saytının məlumatına əsasən, tədqiqat zamanı biomühəndislər tənəffüs yolları qan damarlarına oksigen çatdıran ağciyəri imitasiya edən hava kisəsinin hidrogel modelini hazırlayıblar. Bundan əlavə, tədqiqatçılar qaraciyər toxumasının istifadə edildiyi bioçap konstruksiyalarının implantasiya olunduğu siçanlar üzərində eksperiment aparıblar. Mütəxəssislər qeyd ediblər ki, mürəkkəb orqanizm daxilində qida maddələrinin ötürülməsinə xidmət edən damar şəbəkəsini çap etmək işlək toxuma əvəzedicilərinin yaradılmasında ən böyük maneələrdən biridir.
Universitet əməkdaşlarının sözlərinə görə, onlar tərəfindən hazırlanan orqanların tərkibində müstəqil damar şəbəkələri – ağciyərdə və öd yollarında qan damarları və qaraciyərdə qan damarları var. Bu şəbəkələr həm fiziki, həm də biokimyəvi baxımdan dolaşıqdır, onların arxitekturası isə toxuma funksiyası ilə bağlıdır.
Biomühəndislər qrupunun məqsədi xəstənin öz hüceyrələrindən istifadə etməklə sağlam və funksional orqanlar üçün bioçap imkanını yaratmaqdır. Nəticə etibarilə onların köçürülməsi zamanı insanda qopma halları olmayacaq. Həmçinin bu, donorlara olan ehtiyacı aradan qaldıracaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.