"Lenovo" şirkəti qeyri-adi Tab S8 internet planşetini nümayiş etdirib. Planşetin içliyi orta məhsuldarlıqdan bir qədər yüksəkdir. Cihazın qiyməti isə 199 dollardır. Bundan başqa, planşet ARM çiplə deyil, "Intel Atom (Bay Trail)" prosessoru ilə işləyir.
cybersecurity.ru saytının məlumatına görə, planşetə "Android" platformasının "KitKat" versiyası quraşdırılıb. Qurğunun qalınlığı 7,87 mm-dir. 8 düymlük ekranın təsvir ölçüsü 1920x1200 piksel təşkil edir. Əsas göstəricilərinə görə planşet Nexus 7 cihazına uyğun gəlir, lakin sonuncunun qiyməti 299 dollardır.
Bildirilir ki, Tab S8 7 saat avtonom iş vaxtına malikdir, çəkisi 284 qr. təşkil edir. Qurğu, həmçinin 1.6 meqapiksellik ön və 8 meqapiksellik arxa kamera ilə təchiz olunub. Daxili yaddaşın həcmi 16 QB-dır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.