“Əlaqəli” təhlükəsizlik arxitekturası təqdim olunub

19 Aprel 2019 - 14:17 | Maraqlı məlumatlar
“Əlaqəli” təhlükəsizlik arxitekturası təqdim olunub

Periferiya qurğularından bulud mərkəzinə qədər bütün korporativ şəbəkənin monitorinqinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuş “Juniper Connected Security” adlı platformada eyni zamanda bir neçə müxtəlif şirkətdə hazırlanmış texnologiyalar birləşdirilib. “Carbon Black”, “Aerohive” və “Aruba” şirkətləri qurğuların təhlükəsizliyinin təmin olunması üçün alətləri, “Nutanix” və “Red Hat” isə məlumatların emalı mərkəzləri üçün texnologiyaları təqdim edib.

osp.ru saytının məlumatına görə, Amerikanın telekommunikasiya avadanlığı istehsalçısı olan “Juniper Networks” şirkətinin nümayəndələri bildiriblər ki, məhz belə yanaşma daha effektivdir. Böyüklüyündən asılı olmayaraq, şirkətlərin əksəriyyəti bir neçə təhlükəsizlik sistemi təchizatçısı ilə işləməli olur. Onların sözlərinə görə, təhlükəsizlik çoxqatlı olmalıdır. Təhlükəsizlik mədəniyyəti vahid imtina nöqtəsinin yaranmasına səbəb olur və yalnız müxtəlif komponentlərin birgə işi şəbəkəni mühafizə etməyə imkan verir. İnformasiya təhlükəsizliyi informasiya texnologiyalarının gündəlik işindən ayrılmazdır. Müxtəlif istehsalçıların məhsulları təcrid edilmiş şəkildə işləməməlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.