Təl-Əviv Universitetinin alimləri dünyada ilk dəfə insan toxumalarından 3D formatında canlı ürək çap ediblər.
mir24.tv saytının məlumatına görə, Təl-Əviv Universitetinin laboratoriya rəhbəri Tal Dvir pasiyentdən götürülmüş insan toxumaları ilə birlikdə 3D-printerdən istifadə edilməklə döyünən canlı ürəyin çap olunması prosesini təqdim edib.
Orqanın funksionallığını yoxlamaq üçün eksperiment çərçivəsində heyvanlara köçürüləcək onlarla ürək “çap olunub”. Ürəyin ölçüsü təxminən 2,5 santimetrə yaxın – təxminən dovşan ürəyi böyüklükdədir. Printer bir ürəyi təqribən 3 saat 30 dəqiqəyə çap edib.
Alimlərin iddiasına görə, İsrail alimlərinin bu tədqiqatı tibbin gələcəyi üçün yol açır. Yaxın 10 ildə insan toxumaları və hüceyrələrinin köməyi ilə hər bir pasiyent üçün istənilən orqanı yaratmaq mümkün olacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.